Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq.
Azərbaycanda depozit faizlərinə - Vergi Tətbiqi Təsdiqlənib
FED.az xəbər verir ki, bu faiz bank tərəfindən tutularaq Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.
"Ümumiyyətlə, vətəndaşın əldə etdiyi istənilən faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 2016-cı ildə Dövlət Vergi Xidməti depozitlər üzrə mənfəətin yeddi il müddətinə vergidən azad edilməsi haqqında qanun qəbul edib. 2023-cü il fevralın 1-də bu müddət başa çatıb. Bundan sonra əmanətin bütün məbləğindən deyil, yalnız mənfəətin məbləğindən vergi tutulacaq. (Trend)