“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.
“Bakı Metropoliteni”nin dövlətə 16 milyon manatdan çox - VERGİ BORCU VAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bildirilir.
Məlumata əsasən, “BakuBus”ın 3 842 241.16 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 1 fevral 2023-cü il tarixinə qədər olandır. 15 yanvar 2023-cü il tarixinə isə BakuBus-ın vergi borcu 2 087 216.62 manat təşkil edirdi.
Xatırladaq ki, “BakuBus”ın nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.