Bu gün 13 fevral tarixində Bakıda "Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forum keçirilir.
FED.az xəbər verir ki, Forumda İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara müraciətini səsləndirilib.
Məlumat üçün qeyd edək ki, forumda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.