Bakı şəhərində bələdiyyələr üzrə ümumilikdə uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı 22% çoxalıb.
Bələdiyyələrə ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb
FED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin vergilərdən daxil olmalarda cari ildə 1,9 milyon manata yaxın artım müşahidə olunub. Həmçinin bələdiyyələr üzrə pul tələblərinə dair qəbul edilmiş inzibati aktların icrası təmin edilərək 170 min manata yaxın vəsait yerli büdcələrə ödənilib.(report)