Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan əmlaka görə daha 2 il (2019-cu il yanvarın 1-dən 7 il müddətinə) vergi ödəməkdən azad edilib.
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
FED.az xəbər verir ki, bu, Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
İndiyə qədər həmin müddət 5 il idi.