Azərbaycanın məşhur holdinqi, bir neçə il əvvələ kimi ölkənin iri biznes qruplarından olan «MSDIS Holdıng»in böyük iqtisadi çətinliklərlə üzləşib.
"MSDİS Holding"in 15,9 milyon manat - VERGİ BORCU VAR
FED.az xəbər verir ki, müəssisə və obyektlərinin əksəriyyəti bağlanmış holdinqin vergi borcları sürətlə artır.
Son məlumatlara görə, hazırda "MSDIS Holdıng"in vergi borcu 18 milyon manatı keçib, dəqiq rəqəm 18 milyon 120 min manatdır. İlin əvvəlindən indiyədək holdinqin vergi borcu 2,2 milyon manatdan çox artıb. Belə ki, fevralda şirkətin borcu 15 milyon 924 min man6at idi.
Qeyd edək ki, vergi borcunun artması Holdinqin səhmdarlarının şirkətdən pullarını çıxarması və obyektlərinin bağlanması fonunda baş verir. Belə ki, ötən ilin iyulunda şirkətin səhmdarları şirkətin nizamnamə kapitalının 5 min dəfə azaldılaraq 2 milyon 572 min manatdan 500 manata endirmişdilər. Bu faktiki olaraq "MSDIS HOLDING"dən demək olar ki, bütün vəsaitlərin çıxarılması demək idi.
Bir neçə gün əvvəl isə Holdinqin nizamnamə kapitalı daha 10 dəfə azaldılaraq 500 manatdan 50 manata endirilib.
Xatırladaq ki, bir neçə il əvvəl yaradılmış "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb və bazarın lideri olmağı hədəfləyirdi. Holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar "MS Sement", "MS Kabel" və "MS Oil", "MS Asfalt" zavodu, "MS Laminat" və "MS Karyer" sahələridir.
Şirkətin “MS Asfalt” zavodunda 1 ədəd E-Mak brendinin “Express” markalı sexi yerləşir. Zavodun saatlıq istehsal gücü 160 tondur. Zavodda yüksək keyfiyyətli iridənəli və xırdadənəli sphalt istehsal olunur.
Holdinqin karyer biznesi Füzuli rayonunun əhatə edir. “MS Karyer”in balansında hazırda Horadizdə daş və qum-çınqıl yatağı mövcuddur. Horadizdəki yüksək texnologiyaya əsaslanan mobil karyerdə 30-dan çox texnika və 40-dan çox əməkdaş fəaliyyət göstərir və gündəlik emal gücü 1000-1200 kubmetrdir.
"MS Kabel" zavodunda isə bütün növ kabellər və telefon, internet və foberoptik kabellər istehsal olunur. İlk mərhələdə istehsal gücü illik 1000 ton olub, ikinci mərhələdə bu rəqəmin 3000 və 5000 tona çatdırılması gözləniir.
"MS Sement" zavodunda isə M300, M400 və M500 markalı sement və M100, M150, M200, M250, M300, M350 və M400 markalı beton növləri istehsal olunur. Zavod Abşeron rayonu, Atyalı qəsəbəsində yerləşir və ölkənin bütün ərazilərində dilerləri fəaliyyət göstərir.
Nəhayət, "MSDIS HOLDING"in göz qabağında olan, diqqəti çəkən biznesi yanacaqdoldurma məntəqəsidir. "MS Oil"in balansında son dövrədək Bakı və regionlarda 12 yanacaqdoldurma məntəqəsi mövcud idi. "MS Oil" benzin, dizel və qaz yanacağının satışını həyata keçirirdi.
Amma nizamnamə kapitalının kəskin azalması holdinqin fəaliyyətinə təsir etməyə başlayıb. Belə ki, şirkətin yanacaqdoldurma məntəqələri bağlanmaqdadır.
“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb.
FED.az xəbər verir ki, “MS Oil” Nərimanov, Səbail və Abşeron rayonunun Mehdiabad qəsəbəsində və daha bir neçə ünvanda öz fəaliyyətini dayandırıb.
Artıq “MS Oil”in vaxtilə Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 65 ünvanında və Səbail rauonu, Salyan şosesinin (Şıxov) 13-cü km ünvanında yerləşən yanacaqdoldurma məntəqələrində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.












