Dövlətin əsas funksiyalannin, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil , dövlət borcu, prioritet dövlət proqramları və layihələri üzrə maliyyələşdirmənin davam etdirilməsi, əhalinin sosial rifahının qorunmasına yönəlmiş tədbirlərin və iqtisadi artımın davamlılığının dəstəklənməsi 2022-ci ilin üzrə büdcə-vergi siyasəti çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Eləcə də bax: 5,5 mlrd. manatlıq vergi güzəşt və azadolmaları - TƏTBİQ OLUNACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Digər istiqamətlərə gəldikdə, neft gəlirlərinin büdcə xərclərinin maliyyələşdirilməsində xüsusi çəkisinin azaldılması başlıca prioritetlərə aiddir. Belə ki, 2022-ci ildə icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyr-neft ÜDM-ə nisbətinin 2021-ci il üzrə proqnozlaşdırılan göstəricidən (30,1%) 28,4%-ə enməsi proqnozlaşdırılır.
Qeyd edilir ki, uzunmüddətli perpektivdə Dövlət Neft Fondunun aktivlərinin tükənməsinin qarşının alınması və ölkənin iqtisadi təhlükəsizliyini təmin edən səviyyədə saxlanılması məqsədilə Fonddan dövlət büdcəsinə transfertlərin həcmini tənzimlənməsi nəzərdə tutulur.
Bundan əlavə, ortamuddətli dövr ərzində dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarliğının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dovlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.
Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəsaslı büdcə mexanizminə keçidlə bağlı islahatların davam etdirilməsi də mühüm istiqamətlərə aiddir. Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi sahəsində islahatların davamı olaraq dövlət xərclərinin səmərəliliyinin və ünvanliliğinin artırılması məqsədilə nəticəəsaslı büdcə tərtibi mexanizminin pilot sektorlarda təşkili prosesinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur.
""2022-2025 -ci illər üçün büdcə xərclərinin funksional təsnifatının "Təhsil", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" pilot sektorları üzrə Xərclər Çərçivəsi hazırlanmış növbəti illərdə həmin sektorlar üzrə Xərclər Çərçivəsinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. 2022-ci ildə pilot sektorlar üzrə ilk dəfə olaraq 2021- ci ilin yekunları əsasında monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili nəzərdə tutulur", qanun bildirilib.
Bildirilir ki, Dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi və bura işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin maliyyələşdirilməsinə özəl investisiyaların cəlb olunması məqsədilə əlverişli və etibarlı investisiya mühitinin yaradılması daxildir.
Əlavə olaraq ki, dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması prioritetlər arasında göstərilir. Büdcə prosesinin hər bir mərhələsində şəffaflığın və hesabatlılığin təmin edilməsi istiqamətində işlər ("E - büdcə portal"inin yaradılması, " Açıq Büdcə Indeksi" üzrə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması və s . ) 2022-ci ildə də davam etdiriləcəkdir ki , bu da büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsine töhfə verəcək.