Gələn il dövlət büdcəsindən Dövlət Vergi Xidməti üzrə vergi ödəyicilərinə 3,845 mlrd. manatlıq 86 852 ədəd, Dövlət Gömrük Komitəsi üzrə isə 1,630 mlrd. manatlıq 115 605 ədəd hesablanmış güzəşt və azadolunmalar nəzərdə tutulub.
Eləcə də bax: Sahibkarlar və şirkətlər üçün - YENİ CƏRİMƏ GƏLİR – 100 MANAT
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Beləliklə proqnozlaşdırılan güzəştlər və azadolunmaların ümumi həcmi 5,475 mlrd. manat təşkil edəcək.
Qeyd edək ki, Dövlət Vergi Xidməti ilə ən böyük güzəşt və azadolunmalar ƏDV (1,942 mlrd. manat) və muzdlu işçilərin gəlir vergisi üzrə (1,942 mlrd. manat), Dövlət Gömrük Komitəsi ilə isə ƏDV (975 mln. manat) və idxal gömrük rüsümları üzrə tətbiq olunmağı planlaşdırılır.
Xatırladaq ki, 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8,716 mlrd. manat vəsait daxil olacağı proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4,26 mlrd. manat vəsait daxil olacağı proqnozlaşdırılır.