“Fireland Vineyards” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
“Akkord”un şirkətinin dövlətə 700 min manatdan çox - VERGİ BORCU VAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir.
Məlumata əsasən, “Fireland Vineyards” MMC-nin vergi borcu 128 848.56 manatdır. Bu vergi borcu 09.01.2023-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir.