İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti çay istehsalçılarının nümayəndələri ilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində onlayn formatda görüş keçirilib.
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, görüşdə bu sahədə mövcud olan təşkilati və qanunvericiliklə əlaqədar çətinliklər, işçilərin sosial sığorta yükünün, çay emalı ilə əlaqədar əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin optimallaşdırılması, əmlak vergisi ilə bağlı güzəştlərin tətbiqinə dair təkliflər səsləndirilib. Həmçinin sahənin inkişaf potensialı, çayçılığın və yerli emalın inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.
Dövlət-biznes əlaqələrinin inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə əməkdaşlığın davam etdiriləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.