Azərbaycan hökuməti gələn il yol vergisi üzrə daxilolmaların 135,9 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
Eləcə də bax: Azərbaycanın 2023-cü il üzrə - DÖVLƏT BÜDCƏSİ AÇIQLANDI - TAM MƏTN - LAYİHƏ
FED.az bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,4 % çoxdur.
Gələn il yol vergisinin 85,9 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 50 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 12,3 % çox və eynidir.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır. (Report)