Cari ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 557 min 351 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Azərbaycanda vergi ödəyicilərinin sayı 775 minə çatıb
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 104 min 649 vahid (7,2 faiz), o cümlədən fiziki şəxslərin sayı 90 min 817 vahid (7,2 faiz), hüquqi şəxslərin sayı 13 min 832 vahid (7,5 faiz) artıb.
Hesabat dövründə vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub.