Azərbaycanda vergi qanunvericiliyinə "fintex" anlayışının daxil edilməsi müzakirə edilib.
Dövlət Vergi Xidməti: Benefisiar mülkiyyətçi məlumatının təqdim edilməsi məcburi olub
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, müzakirələr DVX-nin Vergi siyasəti baş idarəsi ilə "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin üzvləri arasında görüşdə aparılıb.
Görüşdə bildirilib ki, sahibkarlıq assosiasiyaları ilə keçirilən görüşlər biznes mühitində mövcud çağırışların operativ şəkildə müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı fintex şirkətlərinin nümayəndələri sektorda mövcud vəziyyət və inkişaf perspektivləri barədə məlumat verərək sahənin inkişafı üçün əhəmiyyətli hesab etdikləri təklifləri səsləndiriblər. Müzakirələr zamanı "Fintex" anlayışının qanunvericilikdə təsbiti, eləcə də ödəniş və maliyyə xidmətləri ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub













