Bu ilin fevral ayında Azərbaycandakı vergi orqanlarına 54 648 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,5 % çoxdur.
ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilib - VERGİDƏN ŞƏRH
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərdən 96,9 %-i ərizə, 3 %-i şikayət, 0,1 %-i təklif olub.
Müraciətlərdən 78,4 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 61 %-i barədə müvafiq izahat verilib, 38,2 %-i həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarından vergi orqanlarına 37 müraciət daxil olub. Müraciətlərdən 62,2 %-nin baxılması fevral ayı ərzində başa çatdırılıb, 37,8 %-i hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,2 %-i barədə müvafiq izahat verilib, 34,8 %-i həll olunub.
Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında vəzifəli şəxslər ümumilikdə 72 vətəndaşı qəbul edib, onların hər birinin müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Vergi ödəyicilərinə xidmət mərkəzlərində 112 mindən çox şəxs qəbul edilib
2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 112 min 754 şəxs qəbul edilib, onlara 178 min 542 sayda xidmət göstərilib ki, bunun 59,2 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 42,6 minə yaxını elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,9 fazini təşkil edib:
Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
Asan İmza sertifikatlarının verilməsi;
Fiziki şəxsin uçotdan çıxarılması;
Vergi ödəyicisinə arayışların verilməsi;
Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
2025-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 6,1 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildirişlər (məktublar) göndərilib. Dövr ərzində 892 vergi ödəyicisinin iştirakı ilə 67 görüş keçirilib, 886 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 414 mindən çox SMS göndərilib.
Yanvar-fevral ayları ərzində ümumilikdə 58 min 238 müraciət üzrə 85 min 730 Asan İmza sertifikatı verilib.