Bu il oktyabrın 1-nə Azərbaycanda 1 388 382 vergi ödəyicisi olub ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 6,6 % çoxdur.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbvər verir.
Məlumata görə, vergi ödəyicilərinin 87,5%-i fiziki şəxslər, 12,5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Son 1 ildə fiziki şəxslərin sayı 6,3 % (ümumi artımın 83,2 %-i), hüquqi şəxslərin sayı isə 9,2 % (ümumi artımın 16,8 %-i) artıb.