Bu il avqustun 1-nə Azərbaycanda 1 370 252 vergi ödəyicisi olub ki, bu da ötən il avqustun 1-i ilə müqayisədə 6,9% çoxdur.
Eləcə də bax: "ƏDV geri aı" layihəsində yenilik: Geri alınan ƏDV-nin - FAİZ DƏRƏCƏLƏRİ DƏYİŞDİRİLİR
FED.az xəbər verri ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
"2022-ci ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 370 min 252 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,7 faiz (ümumi artımın 84,3 faizi), hüquqi şəxslərin sayı 8,9 faiz (ümumi artımın 15,7 faizi) artıb"-deyə Xidmətdən bildirilib.