2024-cü ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.576.898 vergi ödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8 faiz artaraq 186.247 vahid təşkil edib.
Yanvar – sentyabr ayları ərzində 10.194 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 8.378-i (82,2 faizi) elektron qaydada, onların isə 1.557-si finkod+mobil üsulla, 6.794-ü Asan İmza, 27-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
2024-cü ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilik müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.