Bu ilin noyabrın 1-nə Azərbaycanda 1 660 182 vergi ödəyicisi olub.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərlə aydınlıq gətirilib
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 7 % artıb.
Oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,7 % çox – 202 088 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.
Təkcə bu ilin 10 ayında 12 042 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,7 %-i yerli, 11,3 %-i xarici investisiyalıdır.
Kommersiya qurumlarının 84,9 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 % təşkil edib.












