Bu ilin oktyabrın 1-nə Azərbaycanda 1 653 132 vergi ödəyicisi olub.
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 29% artırılır
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 4,8 % çoxdur.
Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 7,2 % artıb.
Sentaybrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7,8 % çox - 200 806 vahid təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ, qalanı isə digər formalarda yaradılıb.
Təkcə bu ilin 9 ayında 10 724 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onun 88,5 %-i yerli, 11,5 %-i xarici investisiyalıdır.
Kommersiya qurumlarının 85%-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,3 % təşkil edib.