2023-cü il sentyabr ayının 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 171,165 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% çoxdur.
Vergi ödəyicilərinə verilən Asan İmza sertifikatının sayı - AÇIQLANDI
FED.az bu barədə Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
2023-cü il sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.
Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33,317 min vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2% artım deməkdir.
Avqust ayı ərzində 1,458 min kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,1%-i yerli investisiyalı, 12,9%-i isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 83,5%-i elektron qaydada qeydə alınıb.
2023-cü il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 480,258 min vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3%, o cümlədən fiziki şəxslərin sayı 7%, hüquqi şəxslərin sayı 9,2% artıb.