Bu il aprelin 1-nə Azərbaycanda 1 360 747 vergi ödəyicisi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.
Eləcə də bax: Xəbəri olmadan adına şirkətlər açılıb, 100 min manat borc var - VİDEO
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, vergi ödəyicilərinin 87,9%-i fiziki şəxslər, 12,1%-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 9,9%, şirkətlərin sayı isə 7,8% artıb. (Report)