İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yanvarın 27-də, saat 15:00-da "Zoom" platforması üzərindən 300 nəfər vergi ödəyicisinin iştirakı ilə onlayn görüş keçirməyi planlaşdırır.
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, görüşün məqsədi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsidir.
Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsi ilə 27.01.2021-ci il saat 14:45-ə qədər görüşə yazıla bilərlər:
Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202
Telegram üzərindən yazılma üçün: t.me/xidmetbot