Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 14 milyard 726,8 milyon manat vəsait daxil olub.
Aktiv ƏDV ödəyicilərinin sayı - 13,2 FAİZ ARTIB
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə isə 85 % çoxdur.
11 aylıq vergi daxilolmalarının 7 milyard 583,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 29,2 % çoxdur.