Azərbaycanda vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Ötən il 200 minə yaxın vergi ödəyicisinin 6 milyard manat vergi borcu yaranıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027–2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
Qeyd olunub ki, vergi borclarının idarə olunmasında əsas istiqamət borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi və könüllü ödəniş intizamının gücləndirilməsidir. Bu məqsədlə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin tətbiqi, eləcə də müəyyən hallarda maliyyə sanksiyaları və penya üzrə güzəştlərin nəzərdən keçirilməsi planlaşdırılır.













