Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar illik 8,5% və ya 398,3 milyon manat artaraq 5 milyard 59,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə yığımlar 9,3% artaraq 3 milyard 401,6 milyon manata yüksəlib.
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,1% artaraq 179,9 milyon manat təşkil edib. Bunun 139,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb ki, bu da illik 10,6% artım deməkdir.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 6,8% və ya 55,5 milyon manat azalaraq 758,8 milyon manata enib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1% azalaraq 507 milyon manat olub. Buna baxmayaraq, ümumi tibbi sığorta yığımları proqnozu 18 milyon manat üstələyib













