Azərbaycanda Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən alkoqollu içkilər üçün aksiz vergisi artirilacaq.
Eləcə də bax: Aksizli malların nağd qaydada satılmasına görə cərimə müəyyənləşir - MƏBLƏĞ
FED.az xəbər verir ki, yenilik spirt, tündləşdirilmiş içkilər və konyaka aid olacaq onların hər litr üçün aksizlər 80 qəpik artacaq. Məcəllədə müvafiq maddələr belə olacaq:
190.3.1. içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - (hazırda 3,2 manatdır) 4,0 manat;
190.3.2. araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə (hazırda 3,2 manatdır) 4,0 manat;
190.3.3. konyak və konyak materialları - hər litrinə (hazırda 3,2 manatdır) 4,0 manat.