Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.
İşsizlikdən sığorta fondunun xərcləri 2%-dən çox artacaq
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 % artaraq 3 milyard 503,5 milyon manatı keçib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 141,8 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 650 milyon manat təşkil edib.












