Bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 474,5 milyon manat olub.
Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,6 % artaraq 963,5 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14 % artaraq 52,3 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14 % artaraq 39,5 milyon manata çatıb.
Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,8 % artaraq 260 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,7 % artaraq 180,9 milyon manat olub.