Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,8 milyard manat yaxın olub.
Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilir
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 1,8 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,6 % artaraq 100 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,7 % artaraq 74,6 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 7,7 % artaraq 486,8 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,3 % artaraq 340,6 milyon manat olub.