Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manat yaxın olub.
Son 2 ilə qaytarılan vergilərin məbləği - AÇIQLANIB
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 % artaraq 1,5 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14,7 % artaraq 83 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 % artaraq 62,9 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,1 % artaraq 403,4 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 % artaraq 286,3 milyon manat olub.