2023-cü ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1 460 991 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Vergiödəyiciləri yalnız bu vasitə ilə şəxsi elektron kabinetlərinə - DAXİL OLACAQ
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 9,4 faiz artıb.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 168 653 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10,1 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,5 faiz artım qeydə alınıb.
2023-cü ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 726 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
2023-cü ilin 6 ayı ərzində 8 012 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz təşkil edib.
Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 6 ayında 6 989 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
2023-cü ilin 6 ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 17 faiz artıb.