Bu ilin I rübündə Azərbaycanda 3 877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 % çoxdur.
Azərbaycanda vergi yığımları 75% ARTDI – NAZİR AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, onlardan 85,4 %-i yerli investisiyalı, 13,1 %-i xarici investisiyalı qurumlardır.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 93,6 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı MMC (1 il əvvələ nisbətən 76 vahid çox) qeydiyyata alınıb. (Report)