Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 minə çatıb.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artıb. Bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358,0 min artaraq 897,9 minə çatıb.