Azərbaycanda gələn ildən müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergisindən azad edilməsi nəzərdə tutulub.
Eləcə də bax: İşçinin aylıq gəlirindən vergi hansı dərəcə ilə - TUTULUR?
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarı qüvvəyə mindiyi aydan və ildən müvafiq olaraq əmlak vergisini və torpaq vergisini ödəməkdən azad olunur. (Report)