Azərbayanda maliyyə lizinqə əməliyyatlarının vergiyə cəlb edilməsi ilə bağlı ciddi yeniliklər gözlənilir.
Bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunmasında dəyişikliklər edilib - VİDEO
FED.az xəbər verir ki bu barədə «Bizcon Audit» MMC-nin təşkil etdiyi Vergi Məcəlləsinə dəyişikliklərə həsr olunmuş təlimdə məlumat verilib.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib ki, 2024-cü ildə maliyyə lizinqi sahəsi üzrə yanaşmalarda dəyişikliklər edilib. Bu dəyişikliklər Vergi Məcəlləsinin bir neçə maddəsini əhatə edir. Məğzi ondan ibarətdir ki, məlum olduğu kimi, maliyə lizinqi əməliyyatları ƏDV-dən azaddır, ona görə də, bu əməliyyatlar zamanı aktivlərin alınmasına görə ödənilən ƏDV əvəzləşdirilmirdi.
Nəticədə bir növ bank krediti hesabına alınan aktivlər üzrə ƏDV əvəzləşdirildiyi halda, demək olar ki, eyni üsulla işləyən maliyyələşmə aləti – maliyyə lizinqində bu əvəzləşdirilmə həyata keçirilmirdi.
Nəticədə, lizinq əməliyyatı ümumilikdə ƏDV-dən azad əməliyyat olsa da, onun üzərində ƏDV yükü qalmış olurdu.
Gələn ildən etibarən isə bu sahədə 2 yenilik tətbiq ediləcək.
«Əgər lizinqə verilən aktiv ƏDV ödənilməklə Əldə edilibsə, bu zaman lizinqə verilən aktivin əsas dəyəri ƏDV-yə cəlb olunacaq. Ssuda faizləri isə ƏDV-dən azad olunur.
Əgər lizinqə veilən aktiv ƏDV-dən azad əməliyyatla əldə edilibsə, o zaman onun yeniən lizinqə verilməsi zamanı da ƏDV tətbiq olunmur. Suda faizləri də ƏDV-dən azad olunmuş olur.
Nəticədə hər iki halda şirkətlərin xeyrinə vəziyyət yaranır – 1-ci halda ƏDV-ni əvəzləşdirmək mümkün olurvə lizinq əməliyyatının üzərində ƏDV yükü qalmır, ikinci halda isə aktiv ƏDV-siz əməliyyatla alındığına görə, yenə də ƏDV yükü qalmır.
Bundan başqa, lizinq prosesində bəzi hallarda predmet geri qaytarılırdı, onda ƏDV-yə cəlb edilirdi, indi isə həmin predet 3-cü tərəfə ödənilirdisə bu 3 tərəfli müqavilə əsasında lizinqin davamı kimi qəbul edilib ƏDV-dən azad ediləcək»-deyə Əvəz Quliyev bildirib.