2022-ci ilin əvvəlindən etibarən Azərbaycanda tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq.
Vergi Məcəlləsinə edilən bu dəyişiklik – ƏRZAĞI BAHALAŞDIRACAQ - HESABLAMA
FED.az xəbər verir ki, bu Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində baş verib.
Nəticədə vətəndaşlar tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər. Qeyd edək ki, ümumiyyətlə, qaydaya əsasən qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Belə ki, əgər vətəndaş tibb müəssisəsində 1180 manatlıq ödəniş edibsə onun ödədiyi ƏDV 180 manatdır. Vətəndaş ödənişi nağd edibsə, bu məbləğin 18 manatını, kartla ödəniş etdikdə isə 27 manatını geri alacaq.
Amma yeni ildən etiarən tibb müəssisələri ilə bağlı başqa bir qayda da tətbiq edilib ki, bu da ƏDV-nin geri alınmasına təsirini göstərəcək. Belə ki, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağd ödəniş 500 manatadək məhdudlaşdırılır. Yəni klinikalarda yalnız 500 manatadək olan məbləği nağd ödəmək olar, ondan artıq məbləğ nağdsız – kart və ya bank köçürməsi ilə həyata keçirilməlidir.
Nəticədə klinikalarda 500 manatdam yüksək ödəniş yalnız nağdsız olduğu üçün, o əməliyyat üzrə ƏDV 15 faiz geri qaytarılacaq.