Azərbaycanda heyvandarlıq və quşçuluq təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi müzakirə olunub.
Artıq ödənilmiş vergilərin qaytarılması üçün - YENİ MEXANİZM HAZIRLANIB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
DVX-nin Vergi siyasəti Baş İdarəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və AzərbaycanAssosiasiyası, həmçinin bu sahənin digər nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı heyvandarlıq və quşçuluq sahələri üzrə inkişafın stimullaşdırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədi daşıyan görüşdə adıçəkilən təsərrüfatlarda istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi məsələsi müzakirə olunub.
Bundan başqa, soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə güzəştlərin, o cümlədən bu məhsulların ƏDV-dən azad olunmasının sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına təsiri barədə fikir mübadiləsi aparılıb.
Sonda vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.