Dövlət Vergi Xidməti ƏDV geri al layihəsi ilə bağlı son rəqəmləri açıqlayıb.
FED.az xidmətə istinadən xəbər verir ki, indiyədək www.edvgerial.az portalında 1,9 milyona yaxın istifadəçi qeydə alınıb.
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732 105 401 kassa çeki üzrə 305,5 milyon manatdan çox məbləğ qayarılıb.
Başqa sözlə, ƏDV geri qaytarılması üçün təqdim edilən hər kassa çeki üzrə qaytarılan orta məbləğ 41 qəpik təşkil edib.
2022-ci ilin yanvar-avqust aylarında isə 303 851 384 çek üzrə istifadəçilərə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu il ərzində hər çekə görə qaytarılan orta məbləğ 43 qəpik təşkil edib.