Gənclərin İnkişaf və Karyera Mərkəzi “Hazır mühasib” layihəsinə start verib.
FED.az xəbər verir ki, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən gənclər layihədə iştirak edə bilərlər.
Gənclərin İnkişaf və Karyera Mərkəzi, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və “Məram” Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi gənclərin karyera quruculuğuna dəstək olmaqdır.
Layihədə iştirak etmək istəyən gənclər shorturl.at/uyGQZ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi yanvarın 24-dək olan layihədə iştirak ödənişsizdir və təlimlər onlayn keçiriləcək. İştirakçılar test imtahanı və müsahibə yolu ilə seçiləcək.
Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcək.