2020-ci il yanvarın 1-nə Azərbaycanda fəal vergi ödəyicilərinin sayı 496 min nəfəri ötür.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Eləcə də bax: “Ötən il vergi daxilolamaları tarixi - MAKSİMUMA ÇATIB”
“Ötən ilin yekunları üzrə Azərbaycanda 496,13 min fəal vergi ödəyicisi qeydiyyata alınıb, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 12,3% çoxdur. Eyni zamanda, il ərzində fəal ƏDV ödəyicilərinin sayı 37,5% artaraq 24,822 min manata çatıb”, - Cabbarov cümə axşamı ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, 2019-c ildə qeyri-neft sektorunda 99 minə yaxın əmək müqavilə imzalanıb (artım 18,3%).
Onun sözlərinə görə, əmək münasibətlərində islahatlar nəticəsində sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmalarda müsbət dinamika müşahidə olunub. “Ötən il sosial sığorta üzrə daxilolmalar 26%, işsizlikdən sığorta üzrə - 39,1% artıb. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən transfertlərin payı tədricən azalır. 2020-ci ildə bu rəqəm 29,6%-dək azalmalıdır”, - Cabbarov bildirib