Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artaraq bu il dekabrın 1-nə 1 741 468 olub.
Aktiv ƏDV ödəyicilərinin sayı - 13,2 FAİZ ARTIB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.
Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib. (Report)