“Top Supermarket” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Top Supermarket” MMC-nin vergi borcu 789 min 463,85 manatdır. Bu 1 gün əvvəlki tarixə olan məlumatdır.
Qeyd edək ki, "Top Supermarket" 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Vəli Ələkbərov Kazım oğludur.