“City Construction” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: 1 ildə 7 milyon manatlıq tender udub – MƏBLƏĞLƏR, SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bildirilir.
Məlumata əsasən, “City Construction” MMC-nin vergi borcu 1 431 711 manatdır. Bu vergi borcu 01.09.2022-ci il tarixinə olan məlumatdır.
Qeyd edək ki, şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Əliyev Paşa oğludur.