İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlarla bonus kartları ilə ödəmələrin vergi tənzimləməsini müzakirə edib.
Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK
FED.az bu barədə quruma istinadən xəbər verir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkil etdiyi növbəti görüş “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və iri ticarət şəbəkələrinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə iştirak edən ölkənin aparıcı ticarət şəbəkələrinin təmsilçiləri yerli kənd təsərrüfatı məhsullarının alışı və satışı, həmçinin təqib və izləmə (“track and trace”) sisteminin tətbiqi ilə bağlı yaranan çətinliklər və onların həllinə dair təkliflər, həmçinin bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi kimi məsələləri müzakirə edib, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.