Azərbaycanda yüklərin tranziti zamanı yol vergisinin ləğvinə yönəlmiş qanun layihəsi hazırlanıb.
Eləcə də bax: Azərbaycanda daha bir sahədən - VERGİ TUTULACAQ – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, yük daşıyıcıları Azərbaycan Vergilər Məcəlləsinə uyğun olaraq yol vergisi ödəyir və bu, yol rüsumlarına aid deyil.
"Bu normativi ləğv etmək üçün müvafiq qanun layihəsi hazırlanıb. Azərbaycana daxil olarkən yol vergisinin ödənişi həm yerli, həm də xarici yük daşıyıcılarına şamil olunur", - A.Rzayev deyib.
O qeyd edib ki, bu qanun layihəsində digər məsələlər də yer alıb.
"Bəzi vergi növlərini azaltmaq, bəzilərini isə tamamilə ləğv etmək planlaşdırılır", - deyə o bildirib. (Trend)