2024-cü il yanvar ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 faiz artaraq 761,7 min olub.
Bu barədə FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 14,4 faiz artıb və 45,7 min təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 2023-cü ilin əvvəlinə nisbətən 8,1 faiz artaraq 204,6 minə çatıb.