Cari ilin oktyabrın 1-nə Azərbaycanda aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 faiz artaraq 837,8 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 7,7 faiz artaraq 56,9 min olub.
108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə olub
Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.