2023-cü il 1 yanvar tarixinə ölkə ərazisində aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlki illə müqayisədə 7% artıb.
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi - 17,5%-Ə QALDIRILIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, cari ilin 1 yanvar tarixinə ölkə üzrə aktiv vergi ödəyicilərinin sayı 711.9 min təşkil edib.
Dövlət Xidmətindən bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 15.1% artıb və 39.9 min təşkil edib.
Həmçinin, o da əlavə olunub ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12.3% artaraq 165 minə çatıb.