2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub.
Azərbaycanda ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 2 mlrd. 914,2 mln. manata çatıb.
Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.