İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində növbəti görüşü "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə keçirib.
AMB bu BOKT-ların vəzifəli şəxslərini cərimə edib
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüş onlayn formatda baş tutub.
Görüşdə vergi orqanları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında məlumatların inteqrasiyası prosesinin təkmilləşdirilməsinə və vergi azadolmalarına dair təkliflər səsləndirilib, inzibatçılığın və hesabatlılığın sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Dövlət-biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.